NATO-nun baş katibindən Avropada silahlı münaqişə riski ilə bağlı XƏBƏRDARLIQ  

NATO-nun baş katibindən Avropada silahlı münaqişə riski ilə bağlı XƏBƏRDARLIQ  

Hazırda oxunan: NATO-nun baş katibindən Avropada silahlı münaqişə riski ilə bağlı XƏBƏRDARLIQ  

59737

“Ukraynada silahlı münaqişə mövzusunda gerçək risklər var” 

Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Rumıniya prezidenti Klaus Yohannis ilə Mixeil de Koqalnitçan hərbi bazasında keçirilən görüşdə deyib.  

Silahlı münaqişə riski xəbərdarlığı…  

Rusiyanın Ukraynanı işğal etmə və ya bir münaqişə riskinin nə dərəcə olduğuna dair sual cavablayan NATO-nun Baş katibi “Hal hazırda Rusiyanın Ukraynanın içərisində və çevrəsindəki yığınlarını artırmağa davam etdiyini görürük. Bu səbəblə Avropada yeni bir silahlı münaqişə mövzusunda gerçək bir risk var”, - deyə bildirib.  

Stoltenberq Ukraynada çox saylı rus kəşfiyyatçılarının olduğunu vurğulayıb. O qeyd edib ki, NATO şərq qanadını son aylarda daha da gücləndirib.  

Qeyd edək ki, Avropanın şərq və cənub-şərqindəki NATO mövcudiyyətinin gücləndirilməsi ilə bağlı planlar NATO Müdafiə Nazirlərinin 16-17 fevralda Brüsseldə baş tutacaq iclasında müzakirə olunacaq.  

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO