İran vətəndaşı ilə əlbir olanlar TUTULDU – VİDEO

İran vətəndaşı ilə əlbir olanlar TUTULDU – VİDEO

Hazırda oxunan: İran vətəndaşı ilə əlbir olanlar TUTULDU – VİDEO

597208

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, növbəti tədbirlər zamanı əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş Namik Şirinov və Əliağa Novruzov saxlanılıblar. Onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

N.Şirinov və Ə.Novruzovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO