Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

Hazırda oxunan: Cenevrədə Ukrayna üzrə danışıqlar başladı

596820

Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar Cenevrədə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl agentlik görüşün Moskva vaxtı ilə saat 14:00-da başlamalı olduğunu bildirmişdi.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinsky rəhbərlik edir.

Əvvəlki raund fevralın 4 və 5-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutmuşdu. Həmin vaxt Rusiya nümayəndə heyətinə RF Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi, admiral İqor Kostyukov rəhbərlik edirdi.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, nümayəndə heyətinin tərkibindəki dəyişikliklər İsveçrədə keçirilən görüşdə geniş mövzuların, o cümlədən ərazi məsələsinin müzakirə olunması planı ilə bağlıdır.

“Economist” nəşri yazır ki, Ukrayna nümayəndə heyətinin daxilində fikir ayrılıqları yaranıb və heyət iki koalisiyaya bölünüb.

Məqalədə qeyd olunur ki, bir qanad – Zelenskinin ofisinin rəhbəri Kirill Budanovun başçılıq etdiyi qrup – ABŞ rəhbərliyi altında mümkün qədər tez razılaşmanın əldə olunmasının Ukraynanın maraqlarına uyğun olduğunu hesab edir və fürsət pəncərəsinin tezliklə bağlana biləcəyindən ehtiyatlanır.

Digər qanad isə, görünür, keçmiş administrasiya rəhbəri Andrey Yermakın təsiri altında qalır və bu yanaşmaya daha az meyllidir.

Bildirildiyinə görə, Ukrayna prezidenti Volodimir Zelenski hər iki tərəf arasında balans yaratmağa çalışır və vəziyyətlə bağlı öz baxışlarına malikdir.

Üçüncü raunddan gözləntilər

Bu, tərəflərin bu formatda artıq üçüncü görüşüdür. İsveçrədəki danışıqlar əvvəlkilərdən həm nümayəndə heyətlərinin tərkibinə, həm də müzakirə olunacaq mövzuların dairəsinə görə fərqlənir.

Danışıqlar başlamazdan əvvəl ABŞ prezidenti Donald Tramp Kiyevi daha çox güzəştə getməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO