ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvana səfəri zamanı dinc nüvə enerjisi sahəsində 9 milyard dollara qədər dəyəri olan əməkdaşlıq sazişi imzalayıb. Daha 4 milyard dolların isə Nvidia-nın iştirakı ilə həyata keçirilən süni intellekt layihəsinin genişləndirilməsinə yönəldilməsi planlaşdırılır.
Nəşr qeyd edir ki, ümumi investisiya həcmi ölkənin illik ÜDM-nin demək olar ki, yarısına bərabər ola bilər.
“Bloomberg”in məlumatına görə, vəsaitlər Moskvanın təsirini azaltmaq və ölkənin Qərbə inteqrasiyasını gücləndirmək məqsədilə energetika, infrastruktur və iqtisadiyyatın inkişafına yönəldiləcək.
Bizim.Media






































































































