Zaporojyedə bu kənd rus işğalından azad edildi

Zaporojyedə bu kənd rus işğalından azad edildi

Hazırda oxunan: Zaporojyedə bu kənd rus işğalından azad edildi

595719

Ukrayna Silahlı Qüvvələri (VSU) Zaporojye vilayətində yerləşən Kosovtsevo kəndini rus hərbçilərindən təmizləyib.

Bizim.Media xəbər verir ki, bu barədə VSU-nun Quru Qoşunlarının 33-cü ayrıca hücum alayının hərbçiləri məlumat yayıb.
 

Bildirilib ki, 33-cü ayrıca hücum alayı müəyyən istiqamətdə axtarış-zərbə və əks-diversiya əməliyyatları həyata keçirir. Məlumata görə, əməliyyat çərçivəsində Zaporojye vilayətinin Kosovtsevo kəndi rus hərbçilərindən tam təmizlənib.


Qeyd olunur ki, yaşayış məntəqəsi hazırda tam şəkildə Ukraynanın Müdafiə Qüvvələrinin nəzarəti altındadır.

Bundan əvvəl də VSU-nun Zaporojye vilayətindəki Ternovatoye yaşayış məntəqəsini rus qüvvələrindən təmizlədiyi və qəsəbənin Ukraynanın nəzarətində olduğu bildirilmişdi.

Eyni zamanda, “Vostok” qoşun qruplaşması Donetsk vilayətinin Bondarnoye kəndinin ruslar tərəfindən ələ keçirilməsi ilə bağlı məlumatı təkzib edib. Məlumata əsasən, Kramatorsk istiqamətində ukraynalılar Nikiforovka və Bondarnoye yaşayış məntəqələri ətrafında mövqeləri saxlayırlar.
 

Bununla yanaşı, DeepState analitik layihəsinin 11 fevral tarixinə olan məlumatına görə, Bondarnoye rus qüvvələrinin nəzarətinə keçib. Ukrayna bölmələri həmçinin Pokrovsk–Mirnoqrad aqlomerasiyası ərazisində fəal əməliyyatları davam etdirirlər.


Ukrayna hərbçiləri Pokrovsk şəhərinin şimal hissəsinə nəzarət edir, şəhər ərazisində axtarış-hücum əməliyyatları aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO