"Klassik qəzetçilik səhnəni tərk edir" - "The Washington Post"da ixtisarlar başladı

"Klassik qəzetçilik səhnəni tərk edir" - "The Washington Post"da ixtisarlar başladı

Hazırda oxunan: "Klassik qəzetçilik səhnəni tərk edir" - "The Washington Post"da ixtisarlar başladı

595230

“Reallıq acı olsa da, həqiqət dəyişmir və klassik qəzetçilik səssizcə səhnəni tərk edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Alçina Amilqızı bildirib. O qeyd edib ki, əsası 1877-ci ildə Stilson Hutchins tərəfindən çap olunan dünyanın ən qocaman qəzeti müasir dövrün tələbləri ilə ayaqlaşa bilməyib:

“"The Washington Post" (WP) qəzetinin baş direktoru Uilyam Lus redaksiyadakı kütləvi ixtisarlar fonunda istefa verib.

“The Washington Post” kimi bir media nəhənginin bu gün gəlib çıxdığı vəziyyət təkcə bir qəzetin taleyi deyil, bütövlükdə klassik mətbuat dövrünün sonunun simvoludur.
 

Qəzetin baş icraçı direktoru Uill Lyuisin istefası zahirən “idarəçilik qərarı” kimi görünsə də, əslində bu addım illərdir yığılan maliyyə böhranının və dəyişən media reallıqlarının açıq göstəricisidir.


Redaksiyada çalışanların təxminən 30 faizinin – 300-dən çox jurnalistin işdən çıxarılmasından cəmi bir neçə gün sonra baş verən istefa, vəziyyətin nə qədər kritik olduğunu göstərir. Qəzetin gələcək taleyi indi böyük sual altındadır.

“The Washington Post” uzun illər təkcə ABŞ üçün deyil, dünya üçün də jurnalistikanın mayakı sayılıb. Qlobal araşdırmalara qədər tarix yazan bu qəzetin özü indi tarixə çevrilir.

Burada əsas məsələ maliyyə itkisi və ya səhv idarəçilik deyil. Problem daha dərindir. Qəzet oxuma vərdişi ölür. İnsanlar xəbəri artıq kağızda deyil, telefonda, sosial şəbəkədə, saniyələr içində istehlak edir. Belə bir mühitdə ən güclü redaksiyalar belə ayaqda qalmaqda çətinlik çəkir.

Qeyd edim ki, bu proses təkcə ABŞ-da deyil, dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda da baş verir.

Qəzetlər ya bağlanır, ya da “formal” şəkildə fəaliyyət göstərir. Bir vaxtlar gündəlik tirajlarla ölçülən təsir gücü indi bir “link”lə əvəzlənir.

Bu baxımdan “The Washington Post”un başına gələnlər gələcəyin xəbərçisidir. Ola bilsin ki, bu qəzet brend olaraq qalacaq, amma klassik mənada, yəni böyük redaksiyanın, yüzlərlə jurnalistin fəaliyyət göstərdiyi mətbuat orqanı kimi geri qayıtması çətin görünür.
 

Jurnalistikanın qızıl dövrünü təmsil etmiş “The Washington Post”un bugünkü taleyi göstərir ki, məsələ təkcə bir nəşrin böhranı deyil, qəzet anlayışı tarixə çevrilir”.


Qeyd edək ki, “"The Washington Post" oxucu sayı azadlığına və çox satılmadığına görə, işçilərin böyük əksəriyyətini ixtisar edib. (Mənbə: Manset.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO