Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

Hazırda oxunan: Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

595203

İran insan haqları müdafiəçisi və 2023-cü ilin Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədiyə yeni həbs cəzası — yeddi ildən çox müddət təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian onun tərəfdarlarına və vəkili Mostaffa Niliyə istinadla məlumat yayıb.

Vəkilin sözlərinə görə, qərar 7 fevral tarixində Məşhəd məhkəməsi tərəfindən verilib.

Məhəmmədiyə “toplaşmalar və sui-qəsd” ittihamına görə altı il, “təbliğat” ittihamına görə isə bir yarım il həbs cəzası verilib. Bundan əlavə, məhkəmə ona ölkəni tərk etməməyi iki il müddətinə qadağan edib.
 

Vəkil həmçinin qeyd edib ki, aktivistə daxili sürgün cəzası da təyin olunub: iki il müddətinə Hösf şəhərinə göndəriləcək, bu şəhər Təbrizdən təxminən 740 kilometr cənub-şərqdə yerləşir.


Məhəmmədinin tərəfdarları iddia edirlər ki, dekabrda etiraz aksiyası zamanı saxlanıldıqdan sonra o, 2 fevraldan bəri aclıq aksiyası keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO