ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynlə dostluq etmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
Amerika liderinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epşteyn işi üzrə materiallara əsasən, Epşteyn və “yalançı və alçaq” adlandırdığı jurnalist Maykl Volf ona və ya onun prezidentliyinə zərər vurmaq məqsədilə sövdələşməyə gediblər.
Tramp qeyd edib ki, sol-radikal düşərgədən olan bir sıra şəxslərə qarşı məhkəmə iddiaları qaldırmağı planlaşdırır.
ABŞ prezidenti əlavə edib ki, Epşteynin “yoluxmuş” adasında heç vaxt olmayıb.
Xatırladaq ki, 30 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi üzrə 3 milyondan çox sənədin dərc edildiyini açıqlayıb. Pedofiliya, zorlamalar və insan alverində ittiham olunan Epşteynə dair materiallara iki mindən çox video və 180 mindən artıq görüntü, o cümlədən onun cihazlarından əldə edilmiş iri həcmdə pornoqrafik materiallar daxildir.
The New York Times qəzetinin (NYT) apardığı təhlilə görə, dərc olunmuş sənədlər arasında Donald Trampın adı və onunla bağlı şəxslər və terminlərin 38 mindən çox dəfə keçdiyi 5,3 min fayl aşkarlanıb. Həmçinin sənədlərdə Epşteynə qızlar təmin edən Rusiyanın Krasnodar şəhərində fəaliyyət göstərən model agentliyinin adı da yer alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:44 / 03.02.2026
Trampdan Epşteynlə bağlı iddialara REAKSİYA
Hazırda oxunan: Trampdan Epşteynlə bağlı iddialara REAKSİYA
Hazırda oxunan: Trampdan Epşteynlə bağlı iddialara REAKSİYA
594171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































