Sirli səfərlər: Epşteyn niyə tez-tez Qazaxıstana uçurdu?

Sirli səfərlər: Epşteyn niyə tez-tez Qazaxıstana uçurdu?

Hazırda oxunan: Sirli səfərlər: Epşteyn niyə tez-tez Qazaxıstana uçurdu?

594038

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteynin işi üzrə sənədləri dərc edib — 3 milyon səhifə, 180 min foto və 2 min video. Materiallarda onun həbsxanada saxlanılması, ölümünün araşdırılması və ortağı Gisleyn Maksvel ilə əlaqələri barədə detallı məlumatlar yer alır.

Bizim.Media xəbər verir ki, tengrinews.kz sənədləri araşdıraraq müəyyən edib ki, Qazaxıstan materiallarda 400 dəfədən çox xatırlanır. Söhbət Almatı və Astana səfərlərindən, rəsmi şəxslərlə görüşlərdən və International Peace Institute (IPI) təşkilatında çalışan İ. adlı sirli qadından gedir.

Epşteynin yazışmalarından görünür ki, Qazaxıstana səfərlər əvvəlcədən və dəqiqliklə planlaşdırılıb. 

2014-cü ilin martında yazışmalardan birində onun həmsöhbəti belə bildirir:

“Az əvvəl Almatıya endim!”. 

Marşrutlarda həmçinin Moskva, Minsk, Riqa və Vilnüs üzərindən tranzit uçuşlar da yer alır.
 

Materiallarda Qazaxıstanın yüksəkvəzifəli məmurları ilə görüşlərdən, o cümlədən keçmiş baş nazir Kərim Məsimov və onun müavini ilə təmaslardan bəhs edilir.


IPI-də çalışan İ. adlı qadın Epşteynin görüşlərinin təşkilində iştirak edib, onun əməkdaşları ilə səfərlərin detalları, o cümlədən yerləşmə və görüş vaxtlarının dəyişdirilməsi məsələlərini müzakirə edib. Onun adı sənədlərdə ən azı 38 dəfə çəkilir.

Sənədlərdə həmçinin Qazaxıstanın bir dövlət qurumu ilə IPI arasında illik 400 min dollar dəyərində müqavilənin olduğu qeyd olunur. Müqaviləyə valyuta siyasəti və ehtiyatların idarə olunması mövzusunda görüşlər daxil idi. 

Yazışmalardan birində Epşteyn belə yazır:

“Onlara de ki, illik 3–5 milyon olsun”, lakin bu vəsaitin kimlər üçün nəzərdə tutulduğunu dəqiqləşdirmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO