Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Hazırda oxunan: Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

593954

Həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı üzə çıxan 3 milyondan artıq yeni sənəd dünya ictimaiyyətində böyük səs-küyə səbəb olub. 2019-cu ilə aid FBI-nin daxili elektron poçt yazışmalarında, Epşteynin qurbanlarından birinin verdiyi ifadədə elit təbəqəyə mənsub şəxslərin partilər zamanı ağlasığmaz işgəncələr verdiyi və insan əti yediyi iddia olunur.

Bizim.Media xəbər verir ki, bu iddialar ictimaiyyətin yadına 2009-cu ildə Meksikada bir otelin qarşısına qaçaraq “İyrəncdir, insan əti yedilər!” deyə qışqıran 21 yaşlı meksikalı model Qabriela Riko Ximenezin görüntülərini salıb.
 

Şahid ifadəsində Epşteynin İsrail kəşfiyyatı ilə əlaqəli agent olduğu, siyasətçilərə azyaşlı uşaqlara təcavüz etdirdiyi, daha sonra onların öldürülməsi və yeyilməsi üçün göstəriş verdiyi irəli sürülür.


Yaşı 14-dən aşağı olmaqla, 18 yaşından kiçik onlarla qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunan Epşteyn, saxlanıldığı Nyu-York Manhetten Metropoliten Təcridxanasındakı kamerasında 10 avqust 2019-cu ildə ölü tapılmışdı.

Açıqlanan Epşteyn məhkəmə sənədlərində Şahzadə Endryu, ABŞ Prezidenti Donald Tramp, sabiq prezident Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın sabiq vitse-prezidenti Əl Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziya ustası Devid Koperfild, vəkil Alan Derşovits və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları çəkilmişdi.

Lakin FBI və ABŞ Ədliyyə Nazirliyinin apardığı araşdırma nəticəsində elit şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğunu təsdiqləyən heç bir sübut tapılmadığı bildirilib.

Rəsmi açıqlamada Epşteynin ört-basdır məqsədilə öldürüldüyü iddialarının əsassız olduğu, onun kamerasında intihar etdiyi nəticəsinə gəlinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO