Boşananlar niyə TƏNHA qalmalıdırlar ki? – Psixoloqdan ETİRAZ

Boşananlar niyə TƏNHA qalmalıdırlar ki? – Psixoloqdan ETİRAZ

Hazırda oxunan: Boşananlar niyə TƏNHA qalmalıdırlar ki? – Psixoloqdan ETİRAZ

0:00
0:00
59369

Boşanmadan sonra kədərin ovunması, ürək yaralarının sağalmasını gözləmək lazımdır? Yoxsa ayrılandan sonra dərhal yeni biri ilə əlaqəyə girmək?

Bizim.Media xəbər verir ki, bu halda da suallar yaranır. Psixoloq araşdırmalarına görə, boşanmış insanların yaxın ətrafı yeni münasibətə tələsməməyi məsləhət görür. 

Xüsusən də, yeni sevgiliniz ayrıldığınız (sizdən ayrılan) adama oxşayırsa, bu fikirə qarşı çıxırlar.

Həm də cəmiyyət boşanan adamın dərhal yeni əlaqələrə start verməsini birmənalı qarşılamır. Amma psixoloqların fikrincə, bu, ən yaxşı seçim ola bilər. Nyu-York Şəhər Universitetinin psixoloqu Klaudia Brambo bildirib ki, boşanmış insanlar tez bir zamanda yeni bir tərəfdaş tapsalar, özlərini daha inamlı hiss edərlər. Çünki belə praktika mövcuddur. Keçmiş asılılıqlar dəf olunur. 

Tək qalan bir insanın özünü daha yaxşı hiss edəcəyi haqqında isə bir nümunə də yoxdur.

Brambonun sözlərinə görə, insanlar yeni bir əlaqəyə girmədən orta hesabla beş ay gözləməli olduqlarına və ayrıldıqdan dərhal sonra girdiyiniz münasibətlərin müvəqqəti olacağına inanırlar. Ancaq bu cür fikirlər faktlarla təsdiqlənmir. 
 

Boşanmadan sonra əlaqələrə 5-6 ay fasilə vermək tövsiyələrinin məntiqi yoxdur. Əksinə bu, köhnə münasibətlərin unudulmamasına kömək edir ki, tənha insan stresə düşür. 


İslamda isə ayrılıqlar və yeni münasibətlər arasında ən azı 3 ay fasilənin olması məqbul görülür. Bu əsasən qadınlara şamil edilir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO