ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

Hazırda oxunan: ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

593633

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “öz xalqına qarşı qəddar repressiyalara görə” məsuliyyət daşıyan iranlı məmurlar və qurumlara qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, yeni məhdudiyyətlər siyahısına İran İslam Respublikasının daxili işlər naziri Mömeni də daxil olmaqla, Gilan, Kermanşah və Həmədan əyalətlərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri kimi güc blokunun əsas fiqurları düşüb.

Məhdudiyyətlər həmçinin rejimin sanksiyalardan yayınmaq və kibercinayətkarlığın maliyyələşdirilməsi üçün istifadə etdiyi iki Böyük Britaniya mənşəli rəqəmsal aktiv birjasına — ZEDCEX və ZEDXION-a da tətbiq olunub. ABŞ təsdiqləyib ki, İran hakimiyyətinin oğurlanmış vəsaitləri çıxarmaq üçün rəqəmsal aktivlərdən və xaricdəki hesablardan istifadə cəhdlərini bloklamağa davam edəcək və bununla da rejimin maliyyə şəbəkələrinə maksimum təzyiq göstərəcək.

ABŞ Maliyyə Nazirliyinin rəhbəri sərt bəyanatla çıxış edərək Vaşinqtonun prioritetlərini
vurğulayıb:


“Çiçəklənən İran qurmaq əvəzinə, rejim neft gəlirlərini nüvə silahının, raketlərin hazırlanmasına və terrorçu qruplaşmalara xərcləməyi seçdi. Batmaqda olan gəmidəki siçovullar kimi, rejim iranlı ailələrdən oğurlanmış vəsaitləri tələsik şəkildə dünyanın müxtəlif banklarına köçürür. Prezident Tramp İran xalqını dəstəkləyir və vətəndaşların hesabına varlanan korrupsiyalaşmış elitanın təqib olunmasına dair tapşırıq verib.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO