Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

Hazırda oxunan: Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

593323

İngiltərədə 2010-cu ildə piyangodan (şans oyunu – red.) milyonlarla funt sterlinq qazanan Con Erik Spibinin (John Eric Spiby) sərvətini Mançester yaxınlığında qurduğu narkotik laboratoriyasına yatırdığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, şəbəkə üzvləri ilə birlikdə fəaliyyət göstərən və 288 milyon dollar dəyərində saxta dərman istehsal edən 80 yaşlı Spibi ittihamları rədd etsə də, ağır həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Con Erik Spibi 2010-cu ildə 2,4 milyon funt sterlinq məbləğində piyango mükafatı qazanıb.

İllər əvvəl piyangodan qazandığı böyük uduşla gündəmə gələn 80 yaşlı Spibi bu dəfə tam fərqli bir cinayət işi ilə diqqət mərkəzinə düşüb.

Uzun müddət təhlükəsizlik qüvvələrinin nəzarətində olan Spibi və tərəfdaşlarına qarşı keçirilən əməliyyat zamanı çoxlu sayda saxta dərman, müxtəlif silahlar və nağd pul aşkarlanıb. Araşdırmalar zamanı yaşlı kişinin oğlu və iki nəfərlə birlikdə eyni bölgədə ikinci qanunsuz istehsal məntəqəsi qurduğu da müəyyən edilib.

Daily Mail-in məlumatına görə, Spibi məhkəmə prosesində ona irəli sürülən ittihamları rədd edib. Qanunsuz fəaliyyətlərdən xəbərsiz olduğunu iddia edən təqsirləndirilən şəxs, istehsal edilən məhsullar barədə məlumatı olmadığını bildirib. Lakin prokurorluq sübutların onun təşkilatdakı rolunu açıq şəkildə göstərdiyini vurğulayıb.

Məhkəmə John Eric Spibini 16,5 il həbs cəzasına məhkum edib. Hökm oxunarkən hakim bildirib:

"Piyango udmağınıza baxmayaraq cinayət həyatından əl çəkmədiniz və pensiya yaşınızda belə cinayət törətməyə davam etdiniz."

İş üzrə Spibinin oğlu Con Kolin Spibi və Li Druri (Lee Drury) hər biri 18 il həbs cəzası alıb. Digər şəbəkə üzvü Kallum Dorrien (Callum Dorrian) isə 12 il müddətinə azadlıqdan məhrum edilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO