Almaniya hökuməti Berlinin enerji obyektində yanvarın əvvəlində baş vermiş diversiya aktlarının araşdırılmasına kömək edəcək məlumatlara görə 1 milyon avro mükafat təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə yanvarın 26-da Tagesspiegel qəzeti Berlinin daxili işlər üzrə senatoru İrisa Şprangerin sözlərinə istinadla məlumat yayıb.
“Paytaxtın cənub-qərbində üç həftə əvvəl elektrik şəbəkəsinə edilən hücumun açılmasına gətirib çıxaracaq məlumatlara görə iri məbləğdə mükafat təklif olunur”, – deyə senator bildirib.
O vurğulayıb ki, söhbət “misli görünməmiş bir haldan” gedir.
Qeyd edək ki, Almaniyada yanvarın 3-də asma kabel körpüsünün yandırılması nəticəsində 45 min ev təsərrüfatı və 2,2 min müəssisə elektrik enerjisiz qalıb. Almaniya hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.
Məsuliyyəti “Vulkangruppe” adlı qruplaşma öz üzərinə götürüb.
Qruplaşma bildirdiyinə görə, onlar neft və qazdan istifadəyə qarşı çıxaraq, kapitalizmi və təmiz enerjiyə keçid üçün yetərli tədbirlərin görülməməsini tənqid edirlər.
Berlin üzrə baş verən bu elektrik kəsintisi İkinci Dünya müharibəsindən bəri ən uzunmüddətli “bləkaut” kimi qiymətləndirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 27.01.2026
Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər
Hazırda oxunan: Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər
Hazırda oxunan: Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər
592897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































