Donald Tramp bildirib ki, HƏMAS İsrailə son girovun cəsədini tapmaqda kömək edib.
Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Axios-a müsahibəsində həmçinin HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə çağırıb.
Bu, 2023-cü il oktyabrın 7-də İsrailin cənubunda HƏMAS-la döyüşdə həlak olmuş Ran Gvilinin cəsədi ötən gün tapıldıqdan sonra baş verib.
Trampın sözlərinə görə, cəsədin axtarışı və identifikasiya prosesi “çox ağır” olub, çünki axtarış qrupları həmin ərazidə yüzlərlə cəsədi nəzərdən keçirməli olublar:
“Bu, çox çətin səhnə idi. Onlar cəsədi qaytarmaq üçün çox çalışdılar. İsraillə birlikdə işlədilər. Siz təsəvvür edə bilərsiniz, bu nə qədər çətin idi. İndi biz HƏMAS-ı tərksilah etməliyik, onlar da buna söz vermişdilər”.
O həmçinin bildirib ki, cəsəd qaytarıldıqdan sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və Netanyahu sevincini gizlətməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:17 / 26.01.2026
Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI
Hazırda oxunan: Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI
Hazırda oxunan: Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI
592867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































