Növbəti pandemiyanın qarşısını necə almaq olar? - Bill Qeyts bununla bağlı kitab yazdı

Növbəti pandemiyanın qarşısını necə almaq olar? - Bill Qeyts bununla bağlı kitab yazdı

Hazırda oxunan: Növbəti pandemiyanın qarşısını necə almaq olar? - Bill Qeyts bununla bağlı kitab yazdı

0:00
0:00
59271

Microsoft şirkətinin qurucusu, milyarder Bill Qeyts “növbəti pandemiyanın qarşısını necə almalı?” adlı kitab yazıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

“Mən COVID-19-u yarandığı gündən izləyirəm, Qeyts Fondunun ekspertləri, daha ədalətli reaksiyanın tərəfdarı olan və onilliklər ərzində yoluxucu xəstəliklərlə mübarizə aparan kənar mütəxəssislərlə işləyirəm.

Bu iş zamanı mən pandemiya və növbəti pandemiyadan necə qorunmaq barədə çox şey öyrəndim və bu bilikləri insanlarla bölüşmək istəyirəm. Buna görə də, pandemiyadan daha heç kimin əziyyət çəkməməsinə necə əmin ola biləcəyimiz haqqında kitab yazmağa başladım”, deyə agentlik Qeytsin şəxsi bloq yazısından sitat gətirib.

Sahibkarın sözlərinə görə, mayın 3-də işıq üzü görəcək kitabda o, bəşəriyyətin koronavirus pandemiyasından öyrənə biləcəyi dərslərdən, insanların həyatını xilas etmək üçün lazım olan yeniliklərdən, virusun yayılmasının vaxtında qarşısını almaq üçün istifadə olunan vasitələrdən bəhs edir. 
Bundan əlavə, Qeyts ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus ilə söhbətlərindən yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO