Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

Hazırda oxunan: Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

592685

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Səudiyyə Ərəbistana səfər edəcək.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu səfər çərçivəsində müxtəlif hərbi və iqtisadi anlaşmaların imzalanacağı gözlənilir.

Siyasi ekspertlər deyirlər ki, Ərdoğanın Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri regional diplomatiyada artan gərginlik fonunda diqqət çəkir.
 

Qeyd edək ki, son vaxtlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dərinləşən fikir ayrılıqlarını müşahidə olunur. Uzun müddət eyni regional düşərgədə yer alan iki Körfəz ölkəsi indi bir sıra münaqişə zonalarında fərqli strategiyalarla hərəkət edirlər.


Ərdoğanın gözlənilən səfəri Türkiyə-Səudiyyə Ərəbistanı arasındakı ortaq maraqlar üzərində qurulan yeni koordinasiya imkanlarını gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO