Mitinqdə 70 nəfəri ildırım vurdu

Mitinqdə 70 nəfəri ildırım vurdu

Hazırda oxunan: Mitinqdə 70 nəfəri ildırım vurdu

592682

Braziliyada keçmiş prezident Jair Bolsonaruya dəstək məqsədilə keçirilən mitinq zamanı ildırım düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. İldırım vurması nəticəsində ümumilikdə 70-dən çox etirazçı xəsarət alıb.
 

Hadisə nəticəsində 29 nəfər əsasən qol və qarın nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Ən azı səkkiz nəfərin vəziyyəti ağırdır.


Sentyabr ayında məhkəmə Bolsonaruya dövlət çevrilişinə görə 27 il üç ay həbs cəzası verib. Həkimlər daha sonra onun xərçəng xəstəliyinə tutulduğunu aşkar ediblər.

Yanvarın 2-də keçmiş prezident xəstəxanadan çıxarılaraq həbsxanaya aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO