Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

Hazırda oxunan: Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

592668

Cənubi Koreyanın keçmiş baş naziri Li He Çan Vyetnama işgüzar səfəri zamanı 73 yaşında vəfat edib.

Bizim.Media "Yonhap"a istinadən xəbər verir ki, siyasətçi Vyetnama yola düşməzdən əvvəl qripəbənzər simptomlardan şikayətlənməyə başlayıb.
 

Vəziyyətinin pisləşməsi səbəbindən o, ölkəsinə qayıtmağı planlaşdırıb. Lakin nəfəs almaqda çətinlik çəkdiyinə görə Ho Şi Min şəhərinin hava limanından təcili xəstəxanaya yerləşdirilib.


Sabiq nazirin ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

Qeyd edək ki, Çan 2004-cü ildən 2006-cı ilə qədər baş nazir vəzifəsində çalışıb. 2025-ci ilin oktyabrında o, dinc birləşmə üzrə Məşvərət Şurasının vitse-prezidenti təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO