Fransanın “EOS Technologie” şirkəti 500 kilometrə qədər mənzilli zərbələr endirmək üçün Ukraynaya bir neçə pilotsuz uçuş aparatı (PUA) göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Agence France-Presse” (AFP) yayıb.
Məlumata görə “Rodeur” modeli PUA 4 kq-a qədər faydalı yük daşıya və 100 km/saat sürətlə 5 saat uça bilir.
O, katapultla buraxılır və iki operator tərəfindən yığılması üç dəqiqə çəkir. Model kəşfiyyat missiyaları yerinə yetirə və ya kamikaze dron kimi istifadə edilə bilər.
Bizim.Media



































































































