Alpinist 3630 metr yüksəklikdən təxliyə edildi

Alpinist 3630 metr yüksəklikdən təxliyə edildi

Hazırda oxunan: Alpinist 3630 metr yüksəklikdən təxliyə edildi

592625

Almatıda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri dəniz səviyyəsindən 3630 metr yüksəklikdə yerləşən Mınjılkı zirvəsindən 59 yaşlı alpinisti təxliyə ediblər.

Bizim.Media Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 23-cü universal xilasetmə bölməsinə alpinizm üzrə təlimatçıdan daxil olan məlumatda qrup iştirakçılarından birinin ayağından xəsarət aldığı və yüksək dağlıq şəraitdə sərbəst hərəkət edə bilmədiyi bildirilib.
 

Hadisə yerinə operativ şəkildə təxirəsalınmaz yardım göstərilməsi üçün xilasedicilərin növbətçi heyəti, həmçinin Fəlakətlər üzrə Tibb Mərkəzinin reanimasiya avadanlığı ilə təchiz olunmuş xüsusi təcili tibbi yardım avtomobili göndərilib.


Xilasedicilər qısa müddətdə Mınjılkı zirvəsi ərazisinə çataraq, zərərçəkənə ilkin tibbi yardım göstəriblər və onun təhlükəsiz təxliyəsini təşkil ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO