Rusiya Maduronun azad edilməsini tələb etdi

Rusiya Maduronun azad edilməsini tələb etdi

Hazırda oxunan: Rusiya Maduronun azad edilməsini tələb etdi

592611

Rusiya Venesuelanın sabiq Prezidenti Nikolas Maduronun dərhal azadlığa buraxılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında Moskvanın sözügedən məsələdəki mövqeyini ifadə edib.
 

Diplomat bildirib ki, hazırda istənilən müzakirənin başlaması üçün ilk addım Maduro və həyat yoldaşı Siliya Floresin azad edilməsidir.


Ryabkov Moskvanın Maduroya siyasi sığınacaq verib-verməyəcəyi ilə bağlı sualları cavablandırarkən qeyd edib ki, bu məsələ yalnız o azad edildikdən sonra müzakirə mövzusu ola bilər:

“Hazırda hər şey hipotetik xarakter daşıyır. Əsas məsələ onun azadlığa buraxılmasıdır”.
 

Xatırladaq ki, 3 yanvar 2026-cı il tarixində ABŞ xüsusi təyinatlıları Venesuelada “Mütləq Qətiyyət” (“Operation Absolute Resolve”) adlı hərbi əməliyyat keçirərək Nikolas Maduronu və xanımını həbs ediblər.


Onlar dərhal Nyu-Yorka aparılıb və hazırda Manhetten federal məhkəməsində narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları ilə mühakimə olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO