İran divarlarında ümid mesajı: Trampdan kömək istənildi - VİDEO

İran divarlarında ümid mesajı: Trampdan kömək istənildi - VİDEO

Hazırda oxunan: İran divarlarında ümid mesajı: Trampdan kömək istənildi - VİDEO

592564

Dünən sosial mediada İran şəhərlərindən birində çəkildiyi bildirilən video yayılıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə bir şəxsin divara ingilis dilində “Prezident Tramp, xahiş edirəm kömək edin” sözlərini yazdığı və ABŞ Prezidentindən İran xalqına dəstək istədiyi görünür.

İranda tətbiq olunan genişmiqyaslı internet kəsintiləri səbəbindən videonun dəqiq çəkiliş vaxtı və hansı şəhərə aid olduğu məlum deyil.

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp açıqlamasında İranda baş verən hadisələri yaxından izlədiyini bildirib. O, bölgəyə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus donanma göndərildiyini də təsdiqləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO