Yaxın Şərqdə kritik saatlar: İranın xəbərdarlığı, səmanın bağlanması

Yaxın Şərqdə kritik saatlar: İranın xəbərdarlığı, səmanın bağlanması

Hazırda oxunan: Yaxın Şərqdə kritik saatlar: İranın xəbərdarlığı, səmanın bağlanması

592554

Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti sürətlə gərginləşir. Regionda artan risklər fonunda aviasiya və naviqasiya sistemlərində ciddi məhdudiyyətlər müşahidə olunur.

Bizim.Media xəbər verir ki, İtaliyanın ITA Airways aviaşirkəti “regional gərginlik” səbəbilə İsrailə və İsraildən həyata keçirilən bütün gecə reyslərini azı yanvarın 27-dək ləğv edib.

Məlumatlara görə, bu qərar Yaxın Şərqdə mümkün eskalasiya riskləri, xüsusilə də İranla bağlı təhlükəsizlik narahatlıqları fonunda qəbul olunub. Eyni vaxtda yayılan digər xəbərlər isə vəziyyətin daha da kritik xarakter aldığını göstərir.

Belə ki, İranın Birləşmiş Millətlər Təşkilatına rəsmi mesaj göndərərək regionda yaxın zamanda genişmiqyaslı müharibə ehtimalı barədə xəbərdarlıq etdiyi bildirilir. Bundan əlavə, Şərqi Səudiyyə Ərəbistanı, Küveyt və Fars körfəzi ərazisində GPS sistemlərində kütləvi pozuntuların qeydə alındığı barədə məlumatlar yayılıb.

Mütəxəssislər GPS nasazlıqlarını elektron müdaxilə və ya hərbi texnologiyaların sınağı ehtimalı ilə əlaqələndirir və bunun regionda təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyini vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO