Rusiya güzəştə getməyə RAZILAŞDI – Ukrayna münaqişəsində KRİTİK YENİLİK – ÖZƏL

Rusiya güzəştə getməyə RAZILAŞDI – Ukrayna münaqişəsində KRİTİK YENİLİK – ÖZƏL

Hazırda oxunan: Rusiya güzəştə getməyə RAZILAŞDI – Ukrayna münaqişəsində KRİTİK YENİLİK – ÖZƏL

592467

“Danışıqlar yalnız tərəflərin maraqlarına əsaslanır. Bu baxımdan, sövdələşmədən danışarkən, ilk növbədə Amerikanın maraqlarına uyğun ola biləcək razılaşma nəzərdə tutulur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin deyib.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff görüşünü və Rusiya, ABŞ və Ukraynanın nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun Əbu-Dabidə danışıqlarını şərh edən analitik, Qərbin prosesdə ciddi maraqlarının olduğuna diqqət çəkib:
 

“Məhz buna görə də prosesdə aparıcı mövqedə olan qüvvələr Amerika biznesinin, siyasətinin və hərbi maraqlarının maksimum şəkildə nəzərə alındığı variantın həyata keçirilməsində vasitəçi rolunu oynayırlar.


Görüşün nəticələrinə gəldikdə isə, demək olar ki, güc balansı sistemində və gələcək dünya nizamının necə formalaşacağına dair anlayışda müəyyən addımlar atılıb, müəyyən irəliləyiş əldə olunub. Eyni zamanda, bütün tərəflərin hansı güzəştlərə getməyə hazır olduqları məsələsində də ilkin çərçivələr formalaşmağa başlayıb”.

Bredixin əlavə edib ki, müəyyən razılaşmlar var, lakin Ukrayna məğlubiyyəti qəbul etməyənə qədər münaqişə davam edəcək:
 

“Lakin rəsmi məlumatlar, istər mətbuat xidməti tərəfindən açıqlanan bəyanatlar, istərsə də hər hansı yekun sənəd və ya bəyannamə, o cümlədən Ukrayna tərəfi ilə keçirilən görüşlərin nəticələri ictimaiyyətə təqdim olunana qədər ümumi nəticələr barədə danışmaq hələ tezdir.


Bununla belə, artıq onu demək mümkündür ki, Rusiya kifayət qədər müsbət mövqe sərgiləyir və Amerika tərəfi ilə razılaşmaların gələcəkdə hansı şəkildə həyata keçirilməli olduğu barədə müəyyən anlaşma mövcuddur”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO