Qrenladiyada gərginlik PİK HƏDDƏ – Orduya “döyüşə hazır ol” ƏMRİ VERİLDİ

Qrenladiyada gərginlik PİK HƏDDƏ – Orduya “döyüşə hazır ol” ƏMRİ VERİLDİ

Hazırda oxunan: Qrenladiyada gərginlik PİK HƏDDƏ – Orduya “döyüşə hazır ol” ƏMRİ VERİLDİ

592440

Qrenlandiyaya yerləşdirilən Danimarka qoşunlarına ABŞ-ın adaya hücum edəcəyi təqdirdə döyüşə hazır olmaq əmri verilib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, ötən həftə əsgərlərə verilən əmrə əsasən, Danimarka Silahlı Qüvvələri Qrenlandiyanın müdafiə planını mümkün qədər tez həyata keçirmək qabiliyyətini gücləndirməlidir.
 

Üstəlik, hərbi və mülki təyyarələr Danimarkadan Qrenlandiyaya sistematik şəkildə personal və təchizat köçürməyə başlayıb. Təkcə Danimarka hökumət rəsmiləri deyil, müxalifət partiyaları da hücumu dəf etməyə hazır olduqlarını bildiriblər.


Əmrdə qeyd olunan genişmiqyaslı hərbi əməliyyat Qrenlandiyada "Arctic Endurance" adı altında keçirilir.

Sənədə görə, əməliyyatın məqsədi Krallığın suverenliyini və ərazi bütövlüyünü müdafiə qabiliyyətini nümayiş etdirmək üçün Qrenlandiyada mövcudluğu və fəaliyyət səviyyəsini gücləndirməkdir.
 

Əməliyyat həmçinin adaya əlavə bölmələr və hərbi resursların göndərilməsi imkanını da nəzərdə tutur. Əmrdə zəruri hallarda aktivləşdirilə bilən Qrenlandiyanın müdafiə planı xüsusi olaraq qeyd olunur.


Qeyd edək ki, Danimarka Müdafiə Nazirliyi hazırda Qrenlandiyada hərbi qüvvələrin yerləşdiyini təsdiqləyib. Lakin nazirlik mümkün məxfi sənədlərin məzmunu ilə bağlı iddialara münasibət bildirməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO