"Nestle"nin uşaq qidalarından dörd körpənin halı pisləşdi

"Nestle"nin uşaq qidalarından dörd körpənin halı pisləşdi

Hazırda oxunan: "Nestle"nin uşaq qidalarından dörd körpənin halı pisləşdi

592291

Niderlandda "Nestle" şirkətinin istehsal etdiyi uşaq qidalarının istifadəsindən sonra azı dörd körpədə sağlamlıq vəziyyətinin pisləşməsi halı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, dörd valideyn övladlarını "Nestle" məhsulları ilə qidalandırdıqdan sonra onlarda qusma və ishal kimi simptomların yarandığını bildirərək həkimlərə müraciət ediblər.

Bununla belə, xəstəliklə konkret məhsul arasında birbaşa əlaqənin hələlik qəti şəkildə təsdiqlənmədiyi vurğulanır.
 

Həkimlər isə qida zəhərlənməsinə səbəb olan toksinlər ifraz etmək qabiliyyəti ilə tanınan "Bacillus cereus" bakteriyası ilə yoluxma ehtimalını irəli sürüblər.


Məhz bu bakteriyanın izlərinin bəzi uşaq qidaları nümunələrində aşkar edilməsi "Nestle" tərəfindən genişmiqyaslı məhsul geri çağırılmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO