Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi Belarus və İran xalqlarına kifayət qədər dəstək göstərmədiyinə görə tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski Davosda keçkirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı qeyd edib.
O bildirib ki, bu fəaliyyətsizlik Rusiyanın “Oreşnik” raketlərini Belarusda yerləşdirməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, bu raketlərin uçuş radiusu Avropa paytaxtlarını əhatə edir.
O, həmçinin Çini və digər ölkələri sanksiyalardan yan keçərək Rusiyaya yardım göstərməkdə ittiham edib.
Bizim.Media































































































