Özbəkistan vətəndaşı Rusiyada müharibədə iştirak etdikdən sonra qaçdı

Özbəkistan vətəndaşı Rusiyada müharibədə iştirak etdikdən sonra qaçdı

Hazırda oxunan: Özbəkistan vətəndaşı Rusiyada müharibədə iştirak etdikdən sonra qaçdı

592138

Özbəkistan vətəndaşı Rusiyada sərt rejimli həbs cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, Novosibirsk hərbi məhkəməsi Jasurjon Erqasaliyevi Qazaxıstan sərhədini qanunsuz keçməyə cəhd etməsinə görə 7 il 9 ay müddətinə sərt rejimli koloniyaya məhkum edib.

Erqasaliyev əvvəlcə narkotik maddələrə görə həbs olunmuş, daha sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə yollanmışdı. Yaralandıqdan və müalicə olunduqdan sonra Rusiyanı tərk etməyə cəhd etsə də, FTX sərhədçiləri tərəfindən saxlanılıb.

Rusiya ordusunda neçə Özbəkistan vətəndaşının döyüşdüyü məlum deyil. Ancaq 2 715 nəfərin olduğu deyilir.

Özbəkistanda isə 2022-ci ildən bəri xaricdə müharibədə iştirak edən şəxslərə qarşı 338 nəfər haqqında cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO