"Rolex" mağazası 3 dəqiqə ərzində qarət edildi - VİDEO

"Rolex" mağazası 3 dəqiqə ərzində qarət edildi - VİDEO

Hazırda oxunan: "Rolex" mağazası 3 dəqiqə ərzində qarət edildi - VİDEO

592068

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən "Rolex" mağazası naməlum şəxslər tərəfindən qarət edilib.

Bizim.Media xəbər verir ki, motosiklet dəbilqələri taxmış şəxslər lom və maçete ilə silahlanaraq “Rolex Bucherer” butikində təxminən üç dəqiqə davam edən basqın həyata keçiriblər.

onlar mağazadan bir neçə dəyərli əşyanı götürərək hadisə yerindən uzaqlaşıblar.

Qeyd olunur ki, altı nəfərdən ibarət dəstədən biri mağazanın qarşısında dayanaraq ətrafdakı insanları binaya yaxınlaşmamaqla hədələyib. Cinayəti törədənlər daha sonra mopetlərlə qaçıblar.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırma aparır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO