ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışını şərh edərkən özünü diktator adlandırıb.
Bizim.Media xəbər verir ki, onun çıxışı Ağ Evin "Youtube" kanalında yayımlanıb. .
Tramp bildirib ki, çıxışı müsbət qarşılanıb və bu onu təəccübləndirib:
“Çox yaxşı çıxışımız oldu, tərif dolu rəylər aldıq. Buna inana bilmirəm. Adətən deyirlər ki, Tramp dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator lazımdır”, - deyə ABŞ lideri qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma sağlam məntiqə əsaslanır.
“Hər şey sağlam məntiq üzərində qurulub. Bu, nə mühafizəkarlıqla, nə liberalizmlə, nə də başqa bir anlayışla bağlıdır”, - o bildirib.
Bizim.Media





























































































