Qəzza zolağında daha üç jurnalistin həlak olduğu bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Misir Yardım Komitəsinin media qrupunda çalışan Əbdül Rauf Samir Şaat, Məhəmməd Salah Qaşta və Ənəs Abdullah Qanim adlı üç jurnalist İsrail ordusunun hava hücumları zamanı həlak olub.
Məlumata görə, Qəzza zolağında baş verən insidentlər zamanı öldürülən jurnalistlərin ümumi sayı 260-a çatıb.
Bizim.Media






























































































