Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb

Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb

Hazırda oxunan: Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb

591945

"ABŞ Prezidenti Donald Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb və bu ölkənin nəzarətində olan hava məkanına daxil olmayıb".

Bizim.Media xəbər verir ki, bu barədə TASS hava nəqliyyatının idarəolunması prosesində iştirak edən mənbəyə istinadən məlumat yayıb.
 

"İsveçrəyə yollanan ABŞ prezidentinin təyyarəsi Qrenlandiya hava nəqliyyatı dispetçerlərinin nəzarət etdiyi hava məkanına daxil olmayıb, nisbətən cənubdan uçub. Xüsusilə, Şimali Atlantika üzərində təyyarə Kanada hava nəqliyyatı dispetçerlərinin nəzarətində olub. Daha sonra Atlantikanın şimal-şərqindəki hərəkətdən məsul olan Böyük Britaniya hava nəqliyyatı dispetçerlərinə təhvil verilib", - məlumatda deyilir.


Qeyd edək ki, daha əvvəl Davosa yola düşən ABŞ liderinin təyyarəsində nasazlığın aşkar edildiyi barədə məlumat yayılmışdı.

Donald Tramp uzun müddətdir Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı iş aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO