Moldovanın MDB-dən çıxmaq qərarına Zaxarovadan REAKSİYA

Moldovanın MDB-dən çıxmaq qərarına Zaxarovadan REAKSİYA

Hazırda oxunan: Moldovanın MDB-dən çıxmaq qərarına Zaxarovadan REAKSİYA

591908

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın MDB-dən çıxmaq qərarını suveren hüquq adlandırıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, diplomat qeyd edib ki, MDB-dən çıxmasına baxmayaraq, Moldova Birlik çərçivəsində təxminən 200 beynəlxalq müqavilənin iştirakçısı olaraq qalır:
 

“Bu, suveren hüquqdur... Ölkənin özündə bunu artıq Moldova hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığa düşünmədən üstünlük verən xarici siyasət kursunun növbəti uzaqgörənlikdən uzaq addımı kimi qiymətləndiriblər... Bununla razılaşmamaq çətindir”, – deyə diplomat bildirib.


Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov Moldovanın MDB-dən çıxma proseduruna başlaması ilə bağlı təəssüfünü ifadə edib.

Bir gün əvvəl isə Moldovanın xarici işlər naziri Mixay Popşoy respublikanın MDB-dən tam çıxması üçün zəruri prosedurların başlandığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO