Trampın əldə etdiyi 365 “qələbə” siyahısında Azərbaycan və Ermənistanın da adı var

Trampın əldə etdiyi 365 “qələbə” siyahısında Azərbaycan və Ermənistanın da adı var

Hazırda oxunan: Trampın əldə etdiyi 365 “qələbə” siyahısında Azərbaycan və Ermənistanın da adı var

591861

Ağ Ev ABŞ Prezidenti Donald Trampın hakimiyyətdə olduğu 365 gün ərzində əldə etdiyi 365 “qələbənin” siyahısını dərc edib.

Bizim.Media xəbər verir ki, siyahıda 143-cü “qələbə” kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması qeyd edilib.
 

Bundan əlavə, 149-cu bənddə ABŞ-ın dəstəyi ilə Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasına yönəlmiş, atəşkəs üçün məcburi icra müddətləri və bərpa təşviqlərini nəzərdə tutan çərçivə proqramının yaradılması da Tramp administrasiyasının nailiyyəti kimi göstərilib.


Qeyd edək ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüşdə İlham Əliyev və Nikol Paşinyan arasında Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasını nəzərdə tutan bəyannamə qəbul olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO