Şinzo Abeni qətlə yetirən şəxsə ömürlük həbs cəzası verildi - VİDEO

Şinzo Abeni qətlə yetirən şəxsə ömürlük həbs cəzası verildi - VİDEO

Hazırda oxunan: Şinzo Abeni qətlə yetirən şəxsə ömürlük həbs cəzası verildi - VİDEO

591851

Yaponiyada məhkəmə ölkənin eks-Baş naziri Şinzo Abeni qətlə yetirməkdə təqsirləndirilən Teçuya Yamaqamini ömürlük həbs cəzasına məhkum edib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, məhkəmə 45 yaşlı Yamaqamini 2022-ci ilin iyulunda Nara şəhərində özünün əldə hazırladığı silahla Abeyə atəş açmaqda təqsirli bilib.
 

Yamaqami barəsində ömürlük həbs cəzasını ölkə prokurorluğu tələb etmişdi. Onun vəkilləri isə müttəhim barəsində 20 ildən çox olmayan həbs cəzası istəyirdilər. Vəkillərin iddiasına görə, Yamaqami “dinlə bağlı zorakılığın” qurbanı olub və reabilitasiya üçün şansa haqqı var.


Xatırladaq ki, keçmiş hərbçi Teçuya Yamaqami 2022-ci il iyulun 8-i Nara şəhərində çıxış edən Şinzo Abeni belindən güllələyərək qətlə yetirib. 2023-cü il yanvarın 10-u isə Yamaqaminin 2022-ci ilin iyulundan davam edən psixiatrik müayinəsi başa çatıb. Müayinənin nəticələrinə əsasən Yamaqami qətli törədərkən anlaqlı vəziyyətdə olub.

Bu səbəbdən də, o, qapalı tibb müəssiəsindən Nara şəhərində yerləşən həbsxanaya köçürülüb. O, iş üzrə özünü təqsirli bilərək Abenin ailəsindən üzr istəyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO