Birləşmiş Millətlər Təşkilatı (BMT) İranı edam hökmündən hakimiyyətin qorxutma vasitəsi kimi istifadə etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.
BMT həm də 2025-ci ildə dünya miqyasında edamların sayının artmasına etiraz edib. BMT-nin insan hüquqları ofisinin rəhbəri Volker Türk verdiyi açıqlamada bildirib ki, İran İslam Respublikası ötən il 1500 nəfəri edam edib.
"Edamların miqyası və sürəti göstərir ki, ölüm hökmü sistematik şəkildə dövlət tərəfindən qorxutma vasitəsi kimi istifadə olunur və etnik azlıqlara və miqrantlara qeyri-mütənasib təsir göstərir",- Volker Türk xəbərdarlıq edib.
Bizim.Media































































































