ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun onun təşəbbüsü olan və BMT-yə alternativ kimi təqdim edilən Qəzza üzrə “Sülh Şurası”na qoşulmaqdan imtina etməsinə sərt reaksiya verib. O, Fransanı şərablarına və şampanlarına 200 faiz həcmində gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumuna yola düşməzdən əvvəl Florida ştatında jurnalistlərin bu barədə suallarını cavablandıran Donald Tramp əvvəlcə istehzalı şəkildə danışıb:
“O, doğrudanmı bunu deyib? Heç kim Emmanuel Makronu istəmir, çünki o, çox tezliklə artıq hakimiyyətdə olmayacaq. Bu problem deyil”. Ardınca isə əlavə edib: “Əgər düşmən mövqe tutmaq istəsələr, onun şərab və şampanlarına 200 faizlik rüsum tətbiq edəcəm. O zaman qoşulacaq. Amma qoşulmaq məcburiyyətində deyil”.
Qeyd edək ki, Makronun ikinci prezidentlik müddəti gələn il başa çatmalıdır. Fransa Prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini qeyd edib. D.Tramp Sülh Şurasının yaradılması barədə yanvarın 16-da elan edib. Elə həmin gün o, Şuranın İcraiyyə Komitəsini təqdim edib. Komitəyə ABŞ dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer daxildir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:25 / 20.01.2026
Tramp Makronu şərabla HƏDƏLƏDİ
Hazırda oxunan: Tramp Makronu şərabla HƏDƏLƏDİ
Hazırda oxunan: Tramp Makronu şərabla HƏDƏLƏDİ
591711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































