Pokrovski istiqamətində vəziyyət necədir? – Baş komandandan AÇIQLAMA

Pokrovski istiqamətində vəziyyət necədir? – Baş komandandan AÇIQLAMA

Hazırda oxunan: Pokrovski istiqamətində vəziyyət necədir? – Baş komandandan AÇIQLAMA

591545

Pokrovski–Mirnoqrad rayonunda vəziyyət gərgin olaraq qalır və gündəlik döyüş toqquşmaları davam edir.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi səylərini artırır, ehtiyat qüvvələrini cəmləyir və Ukrayna müdafiəsinin zəif nöqtələrini aşkarlamağa çalışır.
 

“Bu məqsədlə həm epizodik kütləvi hücumlar, həm də kiçik qruplarla gizli irəliləyişlər tətbiq olunur. Müdafiənin təşkili çeviklik və dəqiq hesablamalar tələb edir”, – deyə Sırski vurğulayıb. 


O əlavə edib ki, Ukrayna hərbçiləri mövqeləri qoruyur və rus qoşunlarının Donetsk vilayətinin qərb sərhədlərinə keçməsinə imkan vermirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO