Daşkənddən Duqinə cavab: Özbəkistanın suverenliyinə toxunmağa cəsarət etməyin

Daşkənddən Duqinə cavab: Özbəkistanın suverenliyinə toxunmağa cəsarət etməyin

Hazırda oxunan: Daşkənddən Duqinə cavab: Özbəkistanın suverenliyinə toxunmağa cəsarət etməyin

591521

Özbəkistan parlamenti Qanunvericilik Palatasının deputatı Şahnaza Holmaxmatova Aleksandr Duqinin ölkənin suverenliyi ilə bağlı qalmaqallı açıqlamalarına sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, Duqin Azərbaycanın və digər MDB ölkələrinin müstəqilliyinə qarşı çıxaraq onların suverenliyini “zibil” adlandırıb.
 

Onun fikrincə, Rusiya postsovet məkanında suveren dövlətlərin mövcudluğu ilə barışa bilməz. Duqin bu ölkələr sırasında Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanı, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstanı sadalayıb.


“Aleksandr Duqin, Özbəkistanın suverenliyinə toxunmayın. Ölkəmizin müstəqilliyi barədə sizin boş mülahizələriniz yalnız sizin öz probleminizdir. Bu məsələ nə sizin, nə də sizin kimilərin müzakirə mövzusu ola bilməz”, – deyə deputat bildirib.

Holmaxmatova vurğulayıb ki, Özbəkistan heç vaxt kiminsə “nəzarət zonası” olmayacaq və kənardan təsdiqə ehtiyac duymur.

“Biz əməkdaşlığa açığıq – ancaq yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında. Mən Özbəkistan vətəndaşıyam. Mən qadınam. Mən anayam. Mən xalqın nümayəndəsiyəm, xalqımın bir parçasıyam. Və açıq şəkildə bəyan edirəm: əgər suverenliyimizə qarşı aqressiv iddialar olarsa, cavab yalnız belə olacaq – daşlarınızı yığın”, – deyə deputat qeyd edib.

“Daşlarınızı yığın” ifadəsi Bibliyadakı “daşları səpməyin, daşları yığmağın vaxtıdır” deyiminə istinaddır. Bu kontekstdə ifadə “buradan gedin və müdaxiləni dayandırın” mənasını verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO