Helin Kutlay Antalyanın Kepez rayonunda həyat yoldaşı İ.K. tərəfindən başından atəş açılaraq öldürülüb.
Bizim.Media xəbər verir ki, İ.K. həyat yoldaşını xəstəxanaya apardıqdan sonra polis tərəfindən saxlanılıb. Helin Kutlayın meyiti ekspertizadan sonra Kurşunlu qəbiristanlığına aparılıb.
Hadisə dünən axşam saatlarında baş verib.
Təxminən 3 ay əvvəl evlənmiş Helin Kutlay, həyat yoldaşı İ.K. ilə birlikdə atasının evinə qonaq getmişdi. Ailəsi ilə axşam yeməyi yeyən cütlük, saat 22:30 radələrində atasının evindən çıxaraq öz mənzillərinə qayıdıb. Sütçülər küçəsində yerləşən mənzillərinə gedən cütlük arasında hələ məlum olmayan səbəbdən mübahisə yaranıb.
Mübahisə səsini eşidən qonşular qapıya yönələn zaman mənzildən atəş səsləri gəlib. Qısa müddət sonra İ.K. qucağında həyat yoldaşı Helin Kutlay ilə birlikdə mənzildən çıxıb. Xəstəxanaya aparılan gənc qadın, həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.



Bizim.Media



































































































