Fransa hərbçiləri siyasi rəhbərliyin müəyyən hissəsindən fərqli olaraq Rusiya ilə müharibə aparmaq istəmir. Onlar bunun perspektivsiz olduğunu anlayır və Rusiyaya hörmətlə yanaşırlar.
Bizim.Media xəbər verir ki, bu fikirləri TASS agentliyinə müsahibəsində fransız siyasətçi, Beynəlxalq Rusofoblar Hərəkatının vitse-sədri Fabris Sorlen səsləndirib.
“Rusiya ilə müharibə etmək istəyən yoxdur. Hətta fransız hərbçiləri belə bunu istəmir”, – deyə o bildirib.
Sorlen vurğulayıb ki, Fransa Rusiya Federasiyasına qarşı aqressiyanı dəstəkləmir. Onun sözlərinə görə, orduda çoxlu tanışları və dostları var.
“Gənc və orta rütbəli zabitlər daha çox siyasətlə məşğul olan qərargah zabitlərindən fərqli olaraq Rusiya ilə müharibə istəmirlər. Əsgərlər də eyni mövqedədir”, – deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, fransız hərbçiləri bu cür müharibədə heç bir şansın olmadığını yaxşı dərk edirlər.
Qeyd edək ki, yanvarın 16-da Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Filippo bəyan edib ki, Fransa Prezidenti Emmanuel Makron “doğrudan da” ölkəsinin Rusiya ilə müharibəyə girməsini istəyir və buna görə də Ukraynaya kəşfiyyat məlumatlarının üçdə ikisini təqdim etdiyini açıqlayır. Filippo Makronun vəzifədən uzaqlaşdırılmasına çağırış edib.
Bizim.Media



































































































