Çin əhalisinin sayı AZALDI

Çin əhalisinin sayı AZALDI

Hazırda oxunan: Çin əhalisinin sayı AZALDI

591469

2025-ci ildə ölkə əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşüb

Bizim.Media xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.

Hesabatda bildirilir ki, il ərzində Çində 7,92 milyon doğum, 11,31 milyon ölüm qeydə alınıb. Doğum və ölüm göstəriciləri hər min nəfərə müvafiq olaraq 5,63 və 8,04 təşkil edib.

Rəsmi məlumatlara əsasən, kişi əhalisi 0,3% azalaraq 716,85 milyon, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyon nəfər olub. Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin sayı 1,5% artaraq 223,65 milyona çatıb.

Qeyd edək ki, Çin hökuməti son illərdə doğum səviyyəsini artırmaq və yaşlı əhalinin iqtisadi fəallığını gücləndirmək məqsədilə bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirir.

Xatırladaq ki, Çin əhalisi 2022-ci ildə son 60 ildə ilk dəfə olaraq 850 min nəfər azalıb. Bu azalma 2023 və 2024-cü illərdə müvafiq olaraq 2,08 milyon və 1,39 milyon nəfər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO