Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Hazırda oxunan: Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

591440

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

İranın ali dini lideri Əli Xameneiyə qarşı mümkün hücum İran xalqına qarşı tammiqyaslı müharibə kimi qiymətləndiriləcək.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
 

Pezeşkian öz açıqlamasını sosial şəbəkə olan hesabında yayımlayıb. O bildirib ki, İran cəmiyyətində mövcud olan iqtisadi çətinliklər və məhrumiyyətlərin əsas səbəblərindən biri ABŞ hökumətinin və onun müttəfiqlərinin uzun illərdir davam edən düşmən siyasəti və sanksiyalarıdır.


Prezidentin sözlərinə görə, ali dini liderə qarşı hər hansı təhdid və ya hücum təkcə dövlət rəhbərliyinə deyil, birbaşa İran xalqına yönəlmiş addım hesab olunacaq.

Pezeşkian vurğulayıb ki, belə bir ssenari Tehranın bunu açıq şəkildə müharibə aktı kimi dəyərləndirməsinə səbəb olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO