Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

Hazırda oxunan: Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

591438

Dünya reytinqində 112-ci yerdə olan türkiyəli tennisçi Zeynep Sönmez dünyanın 11-ci raketka ustası rusiyalı Yekaterina Aleksandrova üzərində qələbə ilə tarixi nailiyyətə imza atıb.

Bizim.Media championat.com-a istinadən xəbər verir ki, Zeynep Avstraliya Açıq Çempionatının əsas mərhələsində qalib gələn ilk türkiyəli qadın olub. Matç 7-5, 4-6, 6-4 hesabı ilə başa çatıb.

Avstraliya Açıq Çempionatının ikinci raundunda Sönmez Ana Bondari (Rumıniya) və Elizabet Mandlik (ABŞ) arasında matçın qalibi ilə oynayacaq.

Qeyd edək ki, mövsümün ilk Böyük Dəbilqə turniri 18 yanvar - 1 fevral tarixlərində Melburnun sərt kortlarında keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO