İranda etirazçılar “terrorçu” kimi təqdim olunur

İranda etirazçılar “terrorçu” kimi təqdim olunur

Hazırda oxunan: İranda etirazçılar “terrorçu” kimi təqdim olunur

591426

İranda davam edən etirazlar zamanı bəzi dini məkanlara hücumlar və məscidlərin yandırılması görüntüləri yayılıb. Hakimiyyət bu hadisələri etirazçılara və “xarici kəşfiyyat xidmətlərinə” bağlayır. Lakin internetin kəsilməsi və senzura səbəbindən bu iddiaları müstəqil yoxlamaq mümkün deyil.

Bizim.Media xəbər verir ki, Xamenei etirazlar zamanı 250 məscidin dağıdıldığını bildirib və dağıntıların icraçılarını düşmənin piyada qüvvəsi və təlim keçmiş agentlər kimi təqdim edib.

Prezident Məsud Pezeşkian da məscidləri yandıranları terrorçu və təlim keçmiş insanlar kimi xarakterizə etmişdi.
 

Hakimiyyətə bağlı media məscidlərin zədələnmiş görüntülərini yayaraq, bunu “Mossadın muzdlu qüvvələri” ilə əlaqələndirir.


Əvvəlki etirazlarda da dağıntıların hakimiyyət tərəfindən etirazçıların üzərinə atıldığı videolar ortaya çıxmışdı. Buna görə məscidlərin yandırılmasının siyasi təbliğat aləti kimi istifadə olunması ehtimalı istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO