İranın XİN rəhbəri Abbas Araqçi ABŞ xüsusi nümayəndəsi Stiv Uitkoffa gizli mesaj göndərib və bu, Trampın İrana genişmiqyaslı hərbi əməliyyat əmrini dayandırmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” yazır.
ABŞ Tehran tərəfindən müəyyən edilmiş “qırmızı xəttin” keçildiyini bildirəndən sonra hücum üçün hərbi hazırlıqları tamamlamışdı: zərbə gəmilərinin hərəkətləri, Əl-Ədid bazasında hazır vəziyyət artırılmışdı.
Tramp SİA rəhbərliyi vasitəsilə İranda etirazların zorla yatırılmasını təsdiqləyən görüntülərlə məlumatlandırılmışdı.
Bizim.Media

































































































