Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi

Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi

Hazırda oxunan: Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi

591410

Suriya ordusu Təbqa şəhəri yaxınlığındakı strateji əhəmiyyətli Fərat su bəndinə nəzarəti ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, hökumət qüvvələri gün ərzində həyata keçirilən əməliyyatlar nəticəsində ərazini "Suriya Demokratik Qüvvələri"ndən (SDQ) təmizləyərək nəzarətə götürüb.
 

Baş verən hadisələr fonunda ABŞ Suriya ilə bağlı xarici siyasət kursunu yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb.


Məsələ burasındadır ki, Vaşinqton illərdir İŞİD terror qruplaşmasına qarşı mübarizədə SDQ-yə dəstək verirdi. Lakin hazırda Ağ Ev bu dəstəyi 2024-cü ilin sonlarında Bəşər Əsəd hakimiyyətini devirən və hazırda Suriya Prezidenti olan Əhməd Şaraa hökumətinə verdiyi yeni dəstəklə balanslaşdırmağa çalışır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO