Kallas Trampın Qrenlandiya ilə bağlı ultimatumuna münasibət bildirdi

Kallas Trampın Qrenlandiya ilə bağlı ultimatumuna münasibət bildirdi

Hazırda oxunan: Kallas Trampın Qrenlandiya ilə bağlı ultimatumuna münasibət bildirdi

591347

ABŞ və Avropa arasında Qrenlandiya məsələsinə görə münasibətlərin gərginləşməsi müttəfiqləri əsas vəzifədən – Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dayandırmağa kömək etməkdən yayındıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu cür qarşıdurma Çin və Rusiya üçün sərfəlidir və hazırda onlar “görünür, əllərini ovuşdururlar”.

“Müttəfiqlər arasındakı fikir ayrılıqlarından məhz onlar qazanır”, – deyə diplomat qeyd edib.

Kallasın fikrincə, əgər Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı real problem varsa, bu məsələ NATO çərçivəsində həll oluna bilər. Gömrük rüsumlarının tətbiqi isə “Avropa və ABŞ-ı daha da kasıblaşdıra və ümumi rifahımıza zərbə vura bilər”.

“Mübahisələrimizin bizi əsas missiyamızdan – Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağa kömək etməkdən yayındırmasına imkan verə bilmərik”, – deyə o vurğulayıb.
 

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı Avropaya ultimatum irəli sürmüşdü. O, adanın ABŞ tərəfindən anneksiyasına qarşı çıxan Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan idxal olunan bütün məhsullara 10 faiz əlavə rüsum tətbiq ediləcəyini bəyan edib. Yeni qaydalar 1 fevraldan qüvvəyə minəcək, 1 iyundan isə rüsum 25 faizə qaldırılacaq.


Avropa liderləri bu ultimatumla bağlı sərt mövqe nümayiş etdiriblər. Fransa prezidenti Emmanuel Makron əlavə rüsum təhdidlərini “qəbuledilməz” adlandırıb və Avropanın “vahid və koordinasiyalı” cavab verəcəyini bildirib. Böyük Britaniyanın baş naziri Kir Starmer də Trampın tarif qərarlarını “tamamilə yanlış” kimi qiymətləndirib.

Bundan əlavə, Qrenlandiya ətrafındakı vəziyyət və Trampın rüsumları fonunda Avropa İttifaqının yanvarın 18-də səfirlərin təcili iclasını çağıracağı da açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO