Ulduz futbolçunun gözəl sevgilisi məşhur APARICIDIR - FOTO

Ulduz futbolçunun gözəl sevgilisi məşhur APARICIDIR - FOTO

Hazırda oxunan: Ulduz futbolçunun gözəl sevgilisi məşhur APARICIDIR - FOTO

591339

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Ruben Diaşın sevgilisi Maya Cama geyimi ilə görünüşünü nümayiş etdirmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, Maya tanınmış televiziya aparıcısı və bəzən radio DJ-idir. Cama media karyerasına 2012-ci ildə başlayıb. 2014-cü ildə o, Copa90-da "Maya's FIFA World Cup Cities" verilişinin siması olub və Braziliyada keçirilən Dünya çempionatını işıqlandırıb və turnir zamanı səyahət videobloqu aparıb.

Maya uzun müddət reper Stormzy ilə görüşüb və 2021-ci ildə "Filadelfiya"nın basketbolçusu Ben Simmons ilə görüşməyə başlayıb. Hətta Cama NBA ulduzu ilə nişanlandığını da açıqlayıb, lakin cütlük 2022-ci ilin avqustunda ayrılıb.

2025-ci ilin mart ayında isə Mayanın artıq Ruben Diaş ilə birlikdə olduğu məlum olub: Qari Lineker bunu onlayn videoda elan edib. /Lent.az





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO